Aykut Kocaman
Association-football-player · 61 yaşında
Profil
| Yaş | 61 yaşında |
|---|---|
| Doğum tarixi | 5 aprel 1965 |
| Doğum yeri | Sakarya |
| Peşə | Association-football-player, Association-football-coach |
| Height | 1.74 m |
| Zodiac sign | Aries |
Aykut Kocaman — Tərcümeyi-hal
Aykut Kocaman (d. 5 aprel 1965, Sakarya) türk baş məşqçi və keçmiş peşəkar futbolçudur. Sonuncu dəfə Süper Liq təmsilçisi İstanbul Başakşehiri çalışdırıb. Futbolçuluq karyerasında hücumçu mövqeyində çıxış edən Kocaman, türk futbolunun ən məhsuldar qolçularından biri hesab olunur. Süper Liqdə cəmi 200 qol vurub, üç dəfə qolvuran olub və 100-lər klubuna adını yazdırıb.
1984-cü ildə Sakaryasporda peşəkar karyerasına başlayıb və 1988-ci ildə Türkiyə Kubokunu qazanıb. Elə həmin il Fenerbaxçeyə transfer olan Kocaman, 1988-89 və 1995-96 mövsümlərində Türkiyə çempionu olub və 1990-cı ildə Cumhurbaşkanlığı Kubokunu qazanıb. Fenerbaxçedə çalışdığı dövrdə 1988-89, 1991-92 və 1994-95 mövsümlərində olmaqla üç dəfə Süper Liqin qolvuranı ünvanını alıb. 1996-cı ildə İstanbulspora transfer olub və dörd mövsüm burada forma geyindikdən sonra 2000-ci ildə fəal futbolçuluq karyerasına son qoyub. Beynəlxalq səviyyədə Türkiyə milli futbol komandasını təmsil edib; cəmi 15 oyunda forma geyinib və 1 qol vurub. Kocaman, 140 qolla Fenerbaxçe tarixinin Süper Liqdə ən çox qol vuran futbolçusudur.
2000-ci ildə İstanbulsporda baş məşqçilik karyerasına başlayan Kocaman, ardıcıl olaraq Malatyaspor, Konyaspor və Ankaraspora rəhbərlik edib. 2009-cu ildə Fenerbaxçedə idman direktoru vəzifəsini üzərinə götürüb, 2010-cu ilin iyununda isə komandanın baş məşqçisi təyin olunub. Kocaman, 2010-11 mövsümündə Süper Liq çempionu olub, 2011-12 və 2012-13 mövsümlərində Türkiyə Kubokunu qazanıb. Bundan əlavə, 2012-13 mövsümündə komandanı UEFA Avropa Liqasının yarımfinalına çıxarıb. Beləliklə, Fenerbaxçe tarixində çempionluq yaşayan üçüncü türk baş məşqçi olub. Sonra Konyaspora geri qayıdıb və 2016-17 mövsümündə Türkiyə Kubokunu, 2017-ci ildə isə Türkiyə Superkubokunu qazanıb. Sonuncu dəfə Fenerbaxçedəki ikinci dövründən sonra İstanbul Başakşehiri çalışdırıb. 2021-ci ildən bəri heç bir komandaya rəhbərlik etmir.
Şərhlər (0)