Merih Demiral

Merih Demiral

Association-football-player · 28 yaşında

Profil

Yaş28 yaşında
Doğum tarixi5 mart 1998
Doğum yeriKaramürsel
PeşəAssociation-football-player
Height1.92 m
Zodiac signPisces

Merih Demiral — Tərcümeyi-hal

Merih Demiral (türk. Merih Demiral; 5 mart 1998) — Türkiyəli futbolçu, Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubunun və Türkiyə milli futbol komandasının müdafiəçisi.

Peşəkar karyerasına “Fənərbaxça FK”nın infrastrukturunda başlayan Demiral 2016-cı ildə Portuqaliyanın aşağı liqa komandası “Alkanenense” ilə müqavilə imzalayıb və bir il sonra “Sportinq B” komandasına transfer olunub. 2018-ci ilin avqustunda Super Liqa təmsilçisi "Alanyaspor"a icarəyə verilib və mövsümün sonunda 3,5 milyon avroya "Alanyaspor"a transfer olunub. Eyni mövsümdə o, satın alma şərti ilə İtaliya A Seriyası komandası "Sassuolo"ya icarəyə verildi və mövsümün sonunda 7 milyon avro şərtindən istifadə edildi. Beş gün sonra 19,5 milyon avroya İtaliya nəhəngi "Yuventus"a transfer olundu. O, iki mövsüm klubun formasını geyindi və 2019-20-ci il mövsümündə A Seriya çempionu və 2020-21-ci il İtaliya Kuboku və Super Kubok sahibi oldu. 2021-ci ilin avqustunda Demiral 20 milyon avroluq alış şərti ilə "Atalanta"ya icarəyə verildi. 2023-cü ildə Səudiyyə Ərəbistanı Peşəkar Liqasının "Əl-Əhli" komandasına transfer olunub.

Beynəlxalq səviyyədə Demiral 2018-ci ildə debüt etdiyi vaxtdan bəri 40 dəfədən çox milli formanı geyinib və Türkiyəni 2020-ci il Avropa Çempionatında və 2024-cü il Avropa Çempionatında təmsil edib.

2024-cü il Avropa Futbol Çempionatında Avstriya millisi ilə oyunda ilk 11-də meydana çıxan Merih, Türkiyənin 2-1 qalib gəldiyi matçda 1-ci və 59-cu dəqiqələrdə qol vurdu və UEFA tərəfindən matçın adamı mükafatına layiq görüldü. Lakin oyun qalmaqal ilə yadda qaldı. Belə ki, UEFA Demiralın qolunu Bozqurd işarəsi ilə qeyd etməsini əsas gətirərək ona qarşı araşdırma başlatdı. Nəticədə beynəlxalq futbol təşkilatı Demirala 2 oyunluq cəza verdi.

Şərhlər (0)