Sunay Akın
Journalist · 63 yaşında
Profil
| Yaş | 63 yaşında |
|---|---|
| Doğum tarixi | 12 sentyabr 1962 |
| Doğum yeri | Ortahisar |
| Peşə | Journalist, Writer, Poet, Television-presenter |
| Zodiac sign | Virgo |
Sunay Akın — Tərcümeyi-hal
Şükrü Sunay Akın (d. 12 sentyabr 1962, Trabzon) — Türk şairi, yazıçı, jurnalist, coğrafiyaşünas və teatr aktyorudur.
12 sentyabr 1962-ci ildə Trabzonda Nəriman və Tuncay Akının ikinci oğlan övladı olaraq dünyaya gəldi. Ailəsi onun daha yaxşı təhsil ala bilməsi üçün 10 yaşında olarkən İstanbula köçdü. Orta təhsilini İstanbul Heydərpaşa Liseyində başa vurdu. İstanbul Universitetinin Coğrafiya fakültəsini (bölümünü) bitirdi.
Özünün dediyinə görə, ilk şeirini yeddi yaşında valideynlərinin otağında yerləşən paltar şkafında boş qalan yeganə asqıya yazır və ona "Üşümüyor musun?" ("Üşümürsənmi?") deyə sual verir. İlk şeir kitabı 1989-cu ildə "Makiler" adı ilə nəşr olunur. Adını Cemal Sürəyyanın verdiyi bu kitabdan sonra "Antik Acılar", "Kaza Süsü", "62 Tavşanı" kitabları çap edilir. O, dostları ilə birlikdə 1989-cu ildə "Yeni Yaprak", 1990-cı ildə isə "Olmaz" adlı şeir jurnallarını təsis edib nəşr etdirmişdir.
1987-ci ildə "Noktalı Virgül" adlı dosyası ilə Xəlil Qocagöz Şeir Mükafatına layiq görülür. 1990-cı ildə isə Orxon Murad Arıburnu Şeir Mükafatını şeiri ilə qazanır.
Ani ilhamlara əsaslanan və adətən qısa həcmli olan şeirləri, Orxan Vəli Qanıqın poeziyasındakı bəzi xüsusiyyətləri müasir dövrdə davam etdirən bir quruluşa malikdir. Bununla yanaşı, bu tip şeirlərdə adətən rast gəlinməyən yumşaq, lirik bir ton da mövcuddur. Şeirlərində xüsusilə incə istehza (yergi) ünsürlərindən istifadədəki rahatlığı ilə seçilir. Camal Sürəyanın təsiri altında yazdığı şeirlərdə dil oyunlarına əsaslanan güclü istehza və gözlənilməzlik, uşaqlara və kədərə yönələn mövzularla birlikdə şairin maraq dairəsini və həssaslığını aydın şəkildə nümayiş etdirir.
Mərmərə Universitetinin Gözəl Sənətlər Fakültəsində dərs deyib. Müjdat Gəzən Sənət Mərkəzində isə 5 il ərzində həm dərs keçib, həm də təhsil alıb. Bu təcrübənin də köməyi ilə tək nəfərlik tamaşalar hazırlayıb səhnəyə qoymağa başlayıb. Türkiyənin bir çox şəhərlərində və xaricdə (Frankfurt, Nürnberg, London) tək nəfərlik tamaşalarını dəfələrlə nümayiş etdirib. O, "İki Kitap Bir Heves" adlı tamaşasını hazırda da təqdim etməyə davam edir.
Şərhlər (0)