Ailə (Aile) (tərcümə)
Aile, Ay Yapım imzalı və ilk bölümü 7 mart 2023-cü ildə Show TV-də yayımlanan türk dram serialıdır. Rejissorluğunu Ahmet Katıksız ilə Gökçen Ustanın öz üzərinə götürdüyü işin ssenarisini Hakan Bonomo və Ali Kobanbay qələmə aldı. İki mövsüm və 120-şər dəqiqəlik 30 bölümdən ibarət serial 30 yanvar 2024-cü ildə yayımlanan bölümü ilə final edərək ekranlara vida etdi.
Hekayə İstanbulun köklü və nüfuzlu cinayət ailələrindən Soykanların lideri Aslan ilə psixoloq Devinin bir təyyarə səyahətində tanış olması ilə başlayır. Gecə klubu işlədən və cinayət dünyası ilə iç-içə yaşayan Aslana aşiq olan Devin bu funksionallığını itirmiş ailənin üzvlərini bir-bir müalicə etməyə girişir. Baş rolları Kıvanç Tatlıtuğ ilə Serenay Sarıkaya paylaşarkən heyətdə Nejat İşler, Canan Ergüder və Nur Sürer kimi adlar da yer aldı.
| Rejissor | Ahmet Katıksız |
|---|---|
| Prodüser şirkəti | Ay Yapım |
| Şəbəkə | Show TV |
Reaksiyalar
Ən çoxu 3 reaksiya seçə bilərsiniz.

Şərhlər (0)