Bahtiyar Ölməz (Bahtiyar Ölmez) (tərcümə)
Bahtiyar Ölmez, 11 noyabr 2017-ci ildə ilk bölümü ilə atv ekranlarına çıxan, komediya və döyüş janrlarını bir araya gətirən bir türk televiziya serialıdır. Prodüserliyinı Muharrem Gürerin üzərinə götürdüyü serial, 24 mart 2018-ci ildə yayımlanan 19-cu bölümü ilə final edərək ekran macərasını başa vurmuşdur.
Serialın baş rollarını Yetkin Dikinciler ilə Hande Subaşı bölüşürlər. Dikinciler, Bahtiyar Ölmez və Rıfat Çakar kimliklərini üzərinə götürən personajı canlandırarkən Subaşı, Aylin rolu ilə tamaşaçı qarşısına çıxmışdır. Heyətdə həmçinin Umut Oğuz, Orhan Aydın, Serkan Kuru, Semih Öztürk, Gözde Okur, Tuğçe Karabacak və Sevcan Yaşar kimi aktyorlar da yer alır.
| Şəbəkə | atv |
|---|
Reaksiyalar
Ən çoxu 3 reaksiya seçə bilərsiniz.



Şərhlər (0)