Qurdlar İmperiyası (Kurtlar İmparatorluğu) (tərcümə)
Kurtlar İmparatorluğu (orijinal adı L'Empire des loups), Jean-Christophe Grangénin eyniadlı romanı əsasında çəkilmiş 2005-ci il istehsalı fransız detektiv gərginlik filmidir. Rejissorluğunu Chris Nahonun öhdəsinə götürdüyü lentin ssenarisi Christian Clavier, Jean-Christophe Grangé, Chris Nahon və Franck Ollivierin imzasını daşıyır; prodüserliyini Gaumont şirkəti həyata keçirmişdir. Baş rollarda Jean Reno, Arly Jover və Jocelyn Quivrin çıxış edir. Film, Jean Renonun baş rolda oynadığı ikinci Grangé ekranlaşdırmasıdır və 20 aprel 2005-ci ildə ekranlara çıxmışdır.
Daxili İşlər Nazirliyinin yüksək vəzifəli məmurunun həyat yoldaşı olan Anna Heymes bir aydır ki, dəhşətli hallüsinasiyalar və yaddaş itkiləri yaşayır; hətta öz ərinin üzünü belə tanıya bilmir. Elə həmin vaxtlarda Parisin 10-cu dairəsində gizli emalatxanalarda işləyən üç türk əsilli qadının vəhşicəsinə öldürülməsini araşdıran gənc dedektiv Paul Nerteaux istintaqda keçmiş həmkarı, amansız və korrupsiyaya bulaşmış polis Jean-Louis Schifferdən kömək istəyir. İki paralel hekayə kəsişdikcə qətllərin arxasında türk mafiyasına uzanan bir təşkilatın dayandığı üzə çıxır. Filmin bəzi səhnələri İstanbul və Kapadokiyada çəkilmişdir.
| Rejissor | Chris Nahon |
|---|---|
| Prodüser şirkəti | Gaumont Yapımevi |
Reaksiyalar
Ən çoxu 3 reaksiya seçə bilərsiniz.


Şərhlər (0)