Siccin 4
web search

Siccin 4

Film · 2017 · 0 nəfər

Siccîn 4, Alper Mestçi tərəfindən yazılıb rejissorluq edilən 2017-ci il istehsalı türk qorxu filmi və Siccîn seriyasının dördüncü hissəsidir. Prodüserliyini Muhteşem Tözümün üzərinə götürdüyü filmə Merve Ateş, Sebahat Adalar, Yasemen Büyükağaoğlu və Adnan Koç kimi adlar rol alır.

Bir vaxtlar varlı olan Yılmaz ailəsi keçirdikləri maddi çətinliklər üzündən nənə Saadetin yanına köçmək məcburiyyətində qalır. Lakin həyətində həyat yoldaşının məzarı olan bu köhnə evdə Saadet tək deyildir: başqa bir aləmdən gələn görünməz sakinlər evi çoxdan sahiblənib. Ailənin gəlişi bu varlıqlar tərəfindən heç yaxşı qarşılanmır, çünki onlar bu evdə Saadetdən başqasını istəmirlər.

Çəkilişləri Kısıklı, Ömerli, Garipçe, Beykoz və Kemerburgazda aparılan film 1 sentyabr 2017-ci ildə ekranlara çıxdı və Türkiyədə 4DX formatında nümayişə çıxan ilk film olma xüsusiyyətini daşıdı.

RejissorAlper Mestçi
Prodüser şirkətiMuhteşem Film
Siccin 4 Siccin 4 Siccin 4

Reaksiyalar

Ən çoxu 3 reaksiya seçə bilərsiniz.

Rəylər (0)

Giriş Rəy yazmaq üçün daxil olun.

Şərhlər (0)