Zafer Dilek
Musician · 81 yaşında vəfat etdi
Profil
| Yaş | 81 yaşında vəfat etdi |
|---|---|
| Doğum tarixi | 30 avqust 1944 |
| Vəfat | 11 dekabr 2025 |
| Peşə | Musician, Guitarist, Director |
| Zodiac sign | Virgo |
Zafer Dilek — Tərcümeyi-hal
Zafer Dilek və ya əsl adı ilə Zafer Akansoy (30 avqust 1944, Adana – 11 dekabr 2025, İstanbul) — türk musiqiçisi, bəstəkar, aranjimançı, prodüser və gitaraçı. 1960-cı illərin ortalarından etibarən orkestrlərdə çalaraq peşəkar şəkildə musiqi ilə məşğul olmağa başladı. 1970-ci illərin sonlarından etibarən prodüserlik fəaliyyətinə başlayaraq Selda Bağcan, Sezen Aksu, Bülent Ersoy, Edip Akbayram və Gülden Karaböcek kimi bir çox sənətçinin albomlarında prodüserlik və aranjemanlar etmiş, ifaları instrumentlə müşayiət etmişdir.
1971-ci ildə "İşte Hendek İşte Deve / Sev Kardeşim" adlı ilk 45-liyini yayımladı. 1970-ci illərin ortalarında çoxlu sayda instrumental 45-lik yayımladı. 1973-cü ildə "Zafer Dilek" adını verdiyi ilk albomunu buraxdı və böyük rəğbət qazandı. Bu dövrdə Banu Kırbağ və Hülya Kırbağ ilə birlikdə "Zafer, Banu Ve Hülya" adlı qrupu qurdu. Bir neçə 45-likdən sonra "Zafer, Banu Ve Hülya" (1976) adlı albomu yayımlamalarının ardından qrup dağıldı. 1975-ci ildə Arif Sağ ilə birlikdə "Golden (Altın Bağlama)" adlı 45-liyi yayımladı və mahnılar böyük maraq gördü. Solo olaraq yayımladığı 45-liklərlə aylarla siyahılarda ilk sıralarda qaldı. 1975-ci ildə buraxdığı "Oyun Havaları" adlı ikinci albomu ilə ilin ən çox satan adları sırasına daxil oldu. Bu albomda yer alan parçaların, demək olar ki, hamısı dövrün "Kapıcılar Kralı", "Süt Kardeşler", "Sakar Şakir" və "Çöpçüler Kralı" kimi Kemal Sunal filmlərində film musiqisi kimi istifadə olundu və geniş kütlələr tərəfindən tanındı. 1977-ci ildə "Oyun Havaları" adlı üçüncü albomunu yayımladı. 1979-cu ildə "Disco Folk Fasıl 2" albomunu buraxdıqdan sonra solo karyerasına fasilə verdi. 1980-ci illərdə sənətçilərin albomlarında çalışmağa davam etdi. 1989-cu ildə Cantekin Arefeoğlu ilə birlikdə "Cantekin & Zafer" ikilisini qurdu. Elə həmin il "Geçmiş Zaman Olur ki" adlı ilk və yeganə albomlarını yayımlayan ikili 1989–1991-ci illərdə TRT 2-də "Geçmiş Zaman Olur ki" adlı musiqi proqramını təqdim etdi. İkili 90-cı illər boyu birlikdə səhnəyə çıxdı.
2000-ci illərdə də sənətçilərin albomlarında çalışmağa davam etdi. Psixodelik, fank, caz və blüz kimi bir çox Qərb musiqi janrını türk sənət musiqisi və türk xalq musiqisi ilə sintez edərək özünəməxsus üslub yaratdı. 2010-cu illərdə internetin yayılması ilə albomları dünya miqyasında pərəstişkar kütləsinə çatdı. Türkiyədə bütün zamanların kult instrumental parçalarını ortaya çıxaran adlardan biri olan Zafer Dilek 2010-cu illərin əvvəllərində musiqidən uzaqlaşdı.
Şərhlər (0)