Sungun Babacan

Sungun Babacan

Voice-actor · 63 yaşında vəfat etdi

Profil

Yaş63 yaşında vəfat etdi
Doğum tarixi5 oktyabr 1958
Doğum yeriAnkara
Vəfat6 avqust 2022
PeşəVoice-actor
Zodiac signLibra

Sungun Babacan — Tərcümeyi-hal

Sungun Babacan (5 oktyabr 1958, Ankara – 6 avqust 2022) – Türkiyədən olan səsləndirmə aktyoru.

1958-ci ildə Türkiyənin Ankara şəhərində doğulmuşdur. Hacettepe Universitetinin iqtisadiyyat və idarəçilik fakültəsindən məzun olmuşdur.

Dublaj sənətinə TRT kanalında başlamışdır. 1980-ci illərin ortalarında TRT kanalında yayımlanan "Şənbədən şənbəyə" verilişinin aparıcısı olmuşdur. Bir çox film və serialın aktoyorlarının dublajını edən Babacan tərcümə və dublaj rejissorluğu da etmişdir. Televiziya filmləri və reklamlar üçün səsləndirmələrdə iştirak etmişdir. "League of Legends" video oyununun türkcə versiyasında Lyuşian personajını səsləndirmişdir. "Keçmişdən evim möhtəşəm" və "Gülə-gülə oturun" verilişlərinin səsləndirilməsində iştirak etmişdir. Paytaxt Kommunikasiya Elmləri Akademiyasında dublaj mövzusunda dərslər vermişdir.

Kristofer Nolanın "Qara cəngavər" trilogiyasında Betmeni, "Forrest Qamp" filmində baş personajı, "Kriminal qiraət" filmində Con Travoltanın personajını səsləndirmişdir.

Səhhətində problem olduğu üçün bir müddət müalicə alan Babacan 6 avqust 2022-ci ildə ölmüşdür.

Şərhlər (0)