Diabolik: Sən kimsən? (Diabolik: Who Are You?) (tərcümə)
Diabolik - Chi sei? Manetti Bros kimi tanınan Marco və Antonio Manettinin çəkdiyi, 2023-cü il istehsalı İtalyan cinayət-aksiyon filmidir. Angela və Luciana Giussaninin yaratdığı əfsanəvi komiksin 1968-ci il tarixli «Diabolik, chi sei?» albomundan uyğunlaşdırılan film, Diabolik (2021) və Diabolik - Ginko all'attacco! (2022) filmlərindən sonra gələn üçlüyün üçüncü və son halqasıdır.
Çəkilişləri 2022-ci ildə Triyeste, Palmi və Dinoda keçirilən film 10 oktyabr 2023-cü ildə 18-ci Roma Film Festivalında premyerasını etdikdən sonra 30 noyabr 2023-cü ildə İtaliyada nümayişə başlayıb. Heyətdə Valerio Mastandrea və Monica Bellucci ilə yanaşı Giacomo Gianniotti və Miriam Leone kimi adlar var.
| Rejissor | Marco Manetti, Antonio Manetti |
|---|
Reaksiyalar
Ən çoxu 3 reaksiya seçə bilərsiniz.
Şərhlər (0)