Monika Belluççi Monica Bellucci
Film-actor · 61 yaşında
Profil
| Yaş | 61 yaşında |
|---|---|
| Doğum tarixi | 30 sentyabr 1964 |
| Doğum yeri | Città di Castello |
| Peşə | Film-actor, Model, Voice-actor, Actor, Fashion-model |
Monica Bellucci — Tərcümeyi-hal
Monika Anna Mariya Belluççi (it. Monica Anna Maria Bellucci; 30 sentyabr 1964[…], Çitta-di-Kastello[d]) — italyan aktrisa və model. "Dolce & Gabbana" və "Christian Dior" moda evlərində model kimi karyerasına başlamış, İtaliya, ABŞ və Fransa istehsalı olan filmlərdə əsas rollarda çəkilmişdir.
Beluççi Frensis Ford Koppolanın qorxu romantika filmi "Brem Stokerin Drakulası"nda (1992) Drakulanın gəlini və İtaliya istehsalı romantik dram filmi "Malena"da (2000) Malena Skordi rolunu canlandırmışdır. O, həmçinin Qaspar Noenin art-haus qorxu filmi "Dönməzlik" (2002) filmində rol alıb və Mel Gibsonun İncil motivləri əsasında çəkdiyi "İsanın ehtirasları" (2004) dram filmində Mariya Maqdalena obrazını canlandırıb.
Beluççi 2003-cü il istehsalı "Matris: Yenidən yükləmə" və "Matris: İnqilab" elmi fantastika filmlərində Persefona rolunda çəkilmişdir. 2015-ci ildə Ceyms Bond filmi "Agent 007: Spektr"da o ən yaxşı "Bond qızı" oldu.
Şərhlər (0)