Eşref Rüya
Eşref Rüya, 2025-ci il martın 19-da Kanal D-də başlayan; aksiyon, dram və romantizmi mafiya dünyasında birləşdirən Türk serialıdır. Mərkəzində uşaqlığında uzaqdan sevdiyi qıza "Rüya" adını verən və onu illərlə axtaran Eşref var. Bu axtarışda güclü bir mafiya fiqurasına çevrilən Eşref nəhayət həm cinayət imperiyası ilə, həm də öz hissləri ilə hesablaşmalı olur. Bölüm başına 23 milyon liralıq büdcəsi ilə 2025-ci ilin ən bahalı Türk serialı olan layihə 2026-cı il iyunun 10-da yayımlanan 47-ci bölümlə iki mövsümdə tamamlanmışdır.
Baş rolları Çağatay Ulusoy və Demet Özdemir bölüşür; ansamblda Necip Memili, Büşra Develi, Ahmet Rıfat Şungar, Tolga Tekin, Görkem Sevindik və Hüseyin Soysalan da yer alır. Eşrefin yolu idealist musiqiçi Nisanla otelində verilən bir toyda kəsişir; səhnəyə çıxdığı gecədən sonra Nisan ciddi bir təhlükənin ortasında qalır. Eşref ona aşiq olur, amma bilmədiyi iki şey var: Nisan illərdir axtardığı Rüyanın elə özüdür və eyni zamanda polisə məlumat verir. Məhəbbət, xəyanət və hakimiyyət mübarizəsi hekayəni irəli aparır.
Rejissor kreslosunda Uluç Bayraktar əyləşir; ssenarini Ethem Özışık, Lokman Maral və Ozan Ağaç yazmışdır, istehsalçı Tims Productionsdur. İlk dörd bölüm YouTube platformasında yayımlanmış, beşincidən etibarən hər bölüm televiziya yayımından bir gün sonra Türkiyədə Amazon Prime Video platformasına əlavə edilmişdir. İlk bölüm YouTube platformasında 24 saatda 3 milyon, iyirmi gündə 23 milyon dəfə izlənilmişdir.
| Rejissor | Uluç Bayraktar |
|---|---|
| Prodüser şirkəti | Tims Productions |
| Şəbəkə | Kanal D, MBC 4 |
Reaksiyalar
Ən çoxu 3 reaksiya seçə bilərsiniz.












Şərhlər