Çıxış: Tanrılar və Padşahlar
Exodus: Tanrılar ve Krallar (Exodus: Gods and Kings), Ridley Scottun çəkdiyi və prodüserliyini də öz üzərinə götürdüyü 2014-cü il tarixli İncil epikasıdır. ABŞ, Birləşmiş Krallıq və İspaniya birgə istehsalı olan film 20th Century Fox tərəfindən yayılmış, Musanın rəhbərliyi ilə İbranilərin Misirdən çıxışını təsvir edən Çıxış Kitabından ilhamlanmışdır. ABŞ-da 12 Dekabr 2014-cü ildə ekranlara çıxdı və qarışıq rəylər aldı.
Musa ilə Ramses Misirin hökmdar ailəsində qardaş kimi böyüyür. Ramses firon olunca Musanı ən etibar etdiyi məsləhətçi və komandan edir, amma Musanın İbrani olduğunu öyrənəndə onu səhraya tərk edir. Musa, piramida tikintisində qul kimi işlədilən İbranilərin səsi olur; yuxusunda tanrının ona səslədiyini görür və təxminən 600.000 qulla uzun bir səyahətə çıxır. Christian Bale Musanı, Joel Edgerton Ramsesi canlandırır. Heyətdə John Turturro, Aaron Paul, Sigourney Weaver və Ben Kingsley ilə birlikdə Hiyam Abbas, Kevork Malikyan və Philip Arditti də yer alır.
Ssenarini Adam Cooper, Bill Collage, Jeffrey Caine və Steven Zaillian yazmışdır. Çəkilişlər 2013-cü ilin Oktyabr ayından etibarən əsasən İspaniyada aparılmışdır. Tənqidçilər vizual effektləri və aktyor oyununu təriflədi; tempi, ssenarini və mənbəyə sədaqəti tənqid etdi. Ağ dərili üstünlük təşkil edən heyət mübahisə yaratdı, Misir və Birləşmiş Ərəb Əmirlikləri filmi "tarixi yanlışlıqlar" əsasında qadağan etdi. Film 140-200 milyon dollarlıq büdcə ilə 268 milyon dollar gəlir əldə etdi. Film, Scottun 2012-ci ildə vəfat edən qardaşı Tony Scotta həsr olunmuşdur.
| Rejissor | Ridley Scott |
|---|---|
| Prodüser şirkəti | 20th Century Fox |
Reaksiyalar
Ən çoxu 3 reaksiya seçə bilərsiniz.
Aktyor heyəti
Yalnız saytımızda profili olan aktyorlar göstərilir.



Şərhlər