Kuzgun (serial) (Kuzgun)
Kuzgun, Ay Yapım imzalı, ssenarisini Burcu Görgün Toptaş ilə Özlem Yılmazın qələmə aldığı, baş rollarını Barış Arduç və Burcu Biricikin paylaşdığı türk televiziya serialıdır. Dram, aksiyon və romantika elementləri daşıyan serial 13 fevral 2019-cu ildə Star TV-də yayımlanmağa başlamış və 16 oktyabr 2019-cu ildə yayımlanan 21-ci bölümü ilə final edərək iki mövsümdə ekran macərasını tamamlamışdır.
Hekayə polis olan atasına qarşı qurulan bir tələ nəticəsində ailə həyatı alt-üst olan Kuzgunun iyirmi il boyunca əsarət, ağrı, qəzəb və mübarizə ilə keçən yolçuluğunu mövzu alır. Aktyor heyətində əlavə olaraq Onur Saylak, Hatice Aslan, Ahsen Eroğlu, Settar Tanrıöğen və Levent Ülgen kimi adlar yer almaqdadır. Serial xaricdə də müxtəlif kanallarda fərqli adlarla tamaşaçı ilə görüşmüşdür.
| Prodüser şirkəti | Ay Yapım |
|---|---|
| Şəbəkə | Star TV |
Reaksiyalar
Ən çoxu 3 reaksiya seçə bilərsiniz.
Şərhlər (0)