Sandokan

TV Serialı · 2025 · 2 nəfər

Sandokan, Emilio Salgarinin romanlarındakı quldur qəhrəmandan və İtaliyada klassikləşən 1976-cı il televiziya uyğunlaşmasından ilhamlanan 2025-ci il istehsalı İtaliya-Fransa serialıdır. Jan Maria Michelini və Nicola Abbatangelonun çəkdiyi, Lux Vide və Rai Fiction imzalı layihə, Rai 1-də 1-16 dekabr 2025-ci il tarixləri arasında yayımlandı və eyni zamanda dünya üzrə müxtəlif rəqəmsal platformalarda izlənilə bilir.

1841-ci ildə Borneoda keçən hekayədə, sadiq yoldaşı Yanezlə Çin dənizində üzən quldur Sandokanı Can Yaman canlandırır. Qədim bir kəhanət, gözəl Mariannaya duyduğu qadağan olunmuş məhəbbət və eyni qadına aşiq olan ingilis macəraçı Lord Brookenin amansız təqibi, onu "Malayziya Pələngi"nə çevirəcək seçimlərə sürükləyir. Heyətdə Alessandro Preziosi, Ed Westwick və John Hannah kimi adlar da yer alır.

RejissorJan Maria Michelini, Nicola Abbatangelo
Prodüser şirkətiLux Vide
ŞəbəkəRai 1

Reaksiyalar

Ən çoxu 3 reaksiya seçə bilərsiniz.

Aktyor heyəti

Yalnız saytımızda profili olan aktyorlar göstərilir.

Rəylər (0)

Giriş Rəy yazmaq üçün daxil olun.

Şərhlər