Yeddi Dənizin Sinbadı (Sinbad of the Seven Seas) (tərcümə)
Sinbad of the Seven Seas 1989-cu il istehsalı İtaliya-Amerika birgə istehsalı fantastik döyüş filmidir. Dənizçi Sinbadın Min bir gecə nağıllarındakı sərgüzəştlərindən ilhamlanan filmin rejissorluğunu Enzo G. Castellari ilə Luigi Cozzi öz üzərinə götürmüş, ssenarini isə Tito Carpi, Castellari və Cozzi qələmə almışdır. The Cannon Group tərəfindən həyata keçirilən filmin baş rollarında Lou Ferrigno və John Steiner yer alır.
Hekayədə Sinbad, pis bir sehrbazın Basra şəhərinə musallat etdiyi qara sehri poza bilmək üçün beş sehrli daşı geri gətirmək məcburiyyətindədir. Səyahəti onu sirli adalara sürükləyir; heyəti ilə birlikdə sehrli məxluqlarla vuruşaraq dünyanı xilas etməyə çalışır. Filmin Edgar Allan Poe uyğunlaşdırması olduğu iddiası səslənmiş, lakin Poenun belə bir əsərinin olmadığı bildirilmişdir.
| Rejissor | Enzo G. Castellari, Luigi Cozzi |
|---|---|
| Prodüser şirkəti | The Cannon Group |
Reaksiyalar
Ən çoxu 3 reaksiya seçə bilərsiniz.


Şərhlər (0)