Bəxt ilahəsi (The Goddess of Fortune) (tərcümə)
La dea fortuna (Türkiyədə Şans Tanrıçası adıyla göstərildi), Ferzan Özpetekin rejissorluq etdiyi 2019-cu il istehsalı bir İtalyan romantik komediya-dram filmidir. Romada keçən hekayədə, on beş ildir birlikdə olan Alessandro və Arturo cütlüyünün münasibəti, ilk günlərin ehtirasının yerini sevgiyə və vərdişə buraxması ilə böhrana düşmüşdür.
Yaxın dostları Annamaria, sağlamlıq yoxlamaları üçün bir neçə gün xəstəxanada qalmalı olunca iki uşağını cütlüyə əmanət edir. Uşaqların qəflətən həyatlarına girməsi, iki kişinin həm bir-birləri ilə, həm də özləri ilə olan münasibətlərini sorğulamalarına yol açır və yaşamlarında gözlənilmədik bir transformasiya başladır.
Baş rollarda Stefano Accorsi və Edoardo Leo yer alır, heyətdə isə Jasmine Trinca, Filippo Nigro, Carmine Recano, Barbara Alberti və Serra Yılmaz da vardır. Film Türkiyədə 2022-ci ildə kinoteatrlarda nümayiş olunmuşdur.
| Rejissor | Ferzan Özpetek |
|---|---|
| Prodüser şirkəti | Warner Bros. Entertainment Italia |
Reaksiyalar
Ən çoxu 3 reaksiya seçə bilərsiniz.


Şərhlər (0)