Zalım (Zalim) (tərcümə)
Zalim, 2003-cü ildə Star TV-də yayımlanan macəra janrında Türk televiziya serialıdır. 14 mart 2003-cü ildə ekrana gəlməyə başlayan serial 25 iyun 2003-cü ildə yayımlanan on üçüncü bölümü ilə mövsümü bağladı. Yeni mövsüm üçün davam edib-etməyəcəyi açıqlanmayan serial bir daha tamaşaçı qarşısına çıxmadı və təkrar bölümləri də göstərilmədi. Serialın maraqlı tərəflərindən biri də tanıtım fraqmanlarının kinoteatr salonlarında göstərilməsi idi.
Prodüserliyini Star TV-nin üzərinə götürdüyü serialın rejissor kreslosunda Faruk Teber otururdu, ssenarini isə Tayfun Güneyer qələmə aldı. Baş rollarını Mahsun Kırmızıgül ilə Ceyda Düvencinin bölüşdüyü serialda Zafer Ergin, Nebahat Çehre, Ümit Okur, Şafak Sezer, Taner Ertürkler, Cezmi Baskın və Aliye Uzunatağan kimi aktyorlar da iştirak etdi.
| Rejissor | Faruk Teber |
|---|---|
| Prodüser şirkəti | Star TV |
| Şəbəkə | Star TV |
Reaksiyalar
Ən çoxu 3 reaksiya seçə bilərsiniz.



Şərhlər (0)