Celal ilə Ceren (Celal ile Ceren) (tərcümə)
Celal ile Ceren, rejissorluğunu Togan Gökbakarın, ssenari müəllifliyi və prodüserliyini Şahan Gökbakarın üzərinə götürdüyü 2013-cü il istehsalı bir türk romantik komediya filmidir. Çamaşırhane istehsalı olan film, 18 yanvar 2013-cü ildə kinoteatrlara çıxmışdır.
"Hər kəsin bir Cereni vardır" şüarı ilə tanıdılın film, təxminən altı ildir birlikdə olan Celal ilə Cerenin hekayəsini danışır. Karaköy'də atasının dükanında çalışan ticarətçi Celal ilə böyük bir hırdavat marketdə şöbə müdiri olan Cerenin evlilik planları, bir subaylığa vida gecəsi üzündən çıxan mübahisədən sonra suya düşür və cütlük ayrılıqdan sonra gözlənilməz təcrübələr yaşayır. Baş rolları Şahan Gökbakar ilə Ezgi Mola paylaşır.
Film, tənqidçilər tərəfindən əsasən Şahan Gökbakarın Recep İvedik seriyası ilə müqayisə edilmiş, bəzi dairələr tərəfindən cinsi ayrı-seçkiliyə görə tənqid olunmuşdur. İnternet istifadəçilərinin təşkilatlanmış səs kampaniyaları nəticəsində bir müddət bir film saytının "Ən Pis 100" siyahısında yüksək pillələrə qalxması ilə də gündəmə gəlmişdir.
| Rejissor | Togan Gökbakar |
|---|---|
| Prodüser şirkəti | Çamaşırhane Film |
Reaksiyalar
Ən çoxu 3 reaksiya seçə bilərsiniz.



Şərhlər (0)