Aslan Qılınc (Kılıç Aslan) (tərcümə)
Kılıç Aslan, Natuk Baytanın rejissorluq etdiyi, Duygu Sağıroğlunun ssenarisini yazdığı 1975-ci il istehsalı Türk tarixi aksiyon və macəra filmidir. Əhvalat 1217-ci ildə başlayır: Anadoluda Bizans qüvvələrini ağır bir məğlubiyyətə uğradan Səlcuq Sultanı Süleyman Şah, məğlub etdiyi cəngavər və komandirlərə özü hazırladığı müqaviləni imzalatdır. Bu alçaldılmanı qəbul edə bilməyən cəngavər Antuan, türkləri Anadoludan qovub çıxarmaq və Xristian dünyasının dəstəyi ilə torpaqları ələ keçirmək üçün gizlincə intiqam planları qurur. Sultanla birlikdə olan Rum şahzadəsi Marianın bütün səylərinə baxmayaraq Süleyman Şah qurulan bir tələ nəticəsində öldürülür. Ancaq Marianın Şahdan olan oğlu Kılıç Aslan böyüyüb yetkin bir döyüşçü olduqda, atasının qatillərindən hesab sormaq üçün Bizanslılara qarşı mübarizəyə girişir. Cüneyt Arkının həm Süleyman Şahı, həm də oğlu Kılıç Aslanı canlandırdığı filmde Yıldırım Gencer, Bahar Erdeniz, Aynur Aydan və Aydın Haberdar da rol alır.
| Rejissor | Natuk Baytan |
|---|---|
| Prodüser şirkəti | Uğur Film |
Reaksiyalar
Ən çoxu 3 reaksiya seçə bilərsiniz.
Şərhlər (0)