Zeki Ökten
Kinorejissor · 68 yaşında vəfat etdi
Profil
| Yaş | 68 yaşında vəfat etdi |
|---|---|
| Doğum tarixi | 4 avqust 1941 |
| Doğum yeri | İstanbul |
| Vəfat | 19 dekabr 2009 |
| Peşə | Kinorejissor, Rejissor |
| Zodiac sign | Leo |
Zeki Ökten — Tərcümeyi-hal
Zəki Öktən (4 avqust 1941, İstanbul – 19 dekabr 2009, İstanbul) — türk kinorejissor və ssenaristdir. Haydarpaşa Liseyini bitirmiş, tələbəlik illərində teatr fəaliyyəti ilə məşğul olmuşdur. 1961-ci ildə Nişan Hançərin Acı Zeytin filmində rejissor assistenti kimi kino dünyasına girmiş, sonra Lütfi Akad, Halit Refiğ, Memduh Ün və Atıf Yılmaz kimi rejissorların yanında assistentlik etmişdir.
İlk filmi Ölüm Pazarı'nı (1963) çəkdikdən sonra doqquz il yenidən assistentliyə qayıtmış, Kadın Yapar (1972) və Bir Demet Menekşe (1973) filmləri ilə ad qazanmışdır. İctimai problemləri yumorla təqdim edən Kapıcılar Kralı (1976), Çöpçüler Kralı (1977), Sürü (1978), Düşman (1979), Faize Hücum (1982), Pehlivan (1984) və Ses (1986) kimi filmlərin müəllifidir.
Filmləri Türkiyədə və xaricdə çoxsaylı mükafatlara layiq görülmüşdür; üç dəfə Qızıl Portağal, həmçinin Sazerlend mükafatı və Qızıl Leopard qazanmışdır. Aktrisa Güler Öktən ilə evli idi. 19 dekabr 2009-cu ildə İstanbulda vəfat etmişdir.
Şəkillər
Reaksiyalar
Ən çoxu 3 reaksiya seçə bilərsiniz.





Şərhlər (0)