Ayla
Ayla, Can Ulkayın rejissorluq etdiyi və Yiğit Güralpın ssenarisini yazdığı, 2017-ci il istehsalı Türkiyə–Cənubi Koreya birgə prodüksiyası olan dram və müharibə filmidir. 1950-ci ildə başlayan Koreya müharibəsi zamanı baş vermiş real hadisədən ilhamlanan istehsal, gizir Süleyman Dilbirliyinin döyüş meydanında ailəsini itirmiş beş yaşlı koreyalı qızı tapmasını və ona Ayla adını verərək öz hərbi hissəsində himayə etməsini danışır. Aralarında ata-qız kimi bir bağ yaransa da, hərbi hissənin Türkiyəyə qayıtması ilə yolları ayrılır və ikili illərlə bir-birini axtarır.
Çəkilişləri 2016-cı ildə Türkiyə və Cənubi Koreyada həyata keçirilən film 27 oktyabr 2017-ci ildə ekranlara çıxdı. Prodüserliyini Mustafa Uslu öz üzərinə götürdü, musiqilərini Fahir Atakoğlu bəstələdi. Baş rolları İsmail Hacıoğlu, Çetin Tekindor, Kim Seol, Ali Atay, Damla Sönmez və Murat Yıldırım bölüşdü. Film, 90-cı Akademiya Mükafatlarında Xarici Dildə Ən Yaxşı Film nominasiyasında Türkiyənin namizədi oldu, lakin finala qala bilmədi.
| Rejissor | Can Ülkay |
|---|---|
| Prodüser şirkəti | Warner Bros. |
Reaksiyalar
Ən çoxu 3 reaksiya seçə bilərsiniz.



Şərhlər (0)