Cənnət (Cennet) (tərcümə)
Cennet, rejissorluğunu və prodüserliyini Biray Dalkıranın öz üzərinə götürdüyü, 2007-ci il istehsalı türk psixoloji dram filmidir. Araf adlı qorxu filmi ilə tanınan Dalkıranın ikinci tammetrajlı işi olan filmin ssenarisi klip rejissorluğundan gələn Burak Sesliyə məxsusdur. İyirmi dəqiqəni aşan xəyal və cənnət səhnələri üçün Türkiyədən və İngiltərədən xüsusi effekt komandaları birlikdə çalışmış; layihə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Düş Fabrikası tərəfindən həyata keçirilmişdir.
Film, uşaqkən anasını itirməyin travması ilə özünə aid bir xəyal dünyası quran və illərdir ruhi xəstəxanada müalicə olunan Can adlı gəncin daxili aləminə yönəlir. Engin Altan Düzyatanın canlandırdığı Canın xəyali dostunu Fahriye Evcen oynayır; heyətdə Zeynep Papuççuoğlu, Şendoğan Öksüz, Mehmet Birkiye və Cüneyt Sayıl da yer alır. İngiltərədən gələn effektlərin gecikməsi səbəbindən təxirə salınan film, 11 aprel 2008-ci ildə ekranlara çıxmış və 12 həftə nümayişdə qalmışdır.
| Rejissor | Biray Dalkıran |
|---|---|
| Prodüser şirkəti | Düş Fabrikası |
Reaksiyalar
Ən çoxu 3 reaksiya seçə bilərsiniz.



Şərhlər (0)