Borgia
Borciya (ing. Borgia, həmçinin Borciya: İnam və Qorxu (ing. Borgia: Faith and Fear) adıyla da tanınır) — Fransa-Almaniya-Çexiya-İtaliya birgə istehsalı olan və Tom Fontana tərəfindən yaradılmış teleserial. Serial, İntibah dövründə Borciya ailəsinin Papa dövlətində yüksəlişi və tənəzzülündən bəhs edir.
"Borciya" serialı İtaliyada 10 iyul 2011-ci ildə Sky Italia telekanalınd, Şimali Amerikada isə 2 oktyabr 2011-ci ildə Netflixdə debüt etmişdir. Serial ikinci mövsümə uzadıldıqdan sonra, 18 mart 2013-cü ildə Fransanın Canal+ telekanalında debüt etmiş, 1 may 2013-cü ildə isə ikinci mövsüm Netflixdə yayımlanmışdır. Üçüncü final mövsümü Fransanın Canal+ telekanalında 15 sentyabr 2014-cü ildə təqdim edilmiş və iki həftə sonra — 1 noyabr 2014-cü ildə Netflixdə yayımlanmışdır. Serialın final seriyası Fransanın Canal+ telekanalında 27 oktyabr 2014-cü ildə təqdim edilmişdir.
| Rejissor | Oliver Hirschbiegel, Metin Hüseyin |
|---|
Şərhlər (0)