Türkân Şoray
Film-director · 81 yaşında
Profil
| Yaş | 81 yaşında |
|---|---|
| Doğum tarixi | 28 iyun 1945 |
| Doğum yeri | Eyüpsultan |
| Peşə | Film-director, Film-actor, Actor, Screenwriter |
| Zodiac sign | Cancer |
Türkân Şoray — Tərcümeyi-hal
Türkan Şoray (28 iyun 1945, Əyyubsultan, İstanbul ili) — türk kinoaktrisası, ssenarist və rejissor. Yeşilçamın ən önəmli simalarından biri. Qərb ölkələrində Türkan Şoray Şərqin "Elizabet Teylor"u adlandırılır. O, həmçinin Türkiyə kinosunun "Sultanı" kimi də tanınır. Karyerasına 1960-cı ildə başlamış və "Acı Həyat" filmi ilə 1-ci Antalya Qızıl Portağal kinofestivalında ən uğurlu aktrisa kimi ilk mükafatını qazanmışdır. 222-dən çox filmdə rol alan Şoray, bütün dünya üzrə ən çox bədii filmdə rol ifa edən aktrisa kimi tarixə düşmüşdür. 12 mart 2010-cu ildə Şoray UNICEF-in Türkiyədəki xoşməramlı səfiri seçilib. Bu barədə o belə fikir bildirib: "Məncə, sevgi ilə edilə bilməyəcək heç bir şey yoxdur. Gücü sevgi ilə birləşdirsək, bir çox problemin öhdəsindən gələ bilərik".
Hülya Koçyiğit, Filiz Akın və Fatma Girik ilə birlikdə o, türk kinematoqrafiyasında qızıl dövrün simvoludur və türk kinosunun dörd ən mühüm aktrisasından biri kimi qəbul edilir. Şorayın bu aktrisalardan üstünlüyü onun həm də rejissorluq etməsidir. O, "Dönüş" (1972), "Əzab" (1973), "Bodrum Hâkimi" (1976), "İlanı Öldürsələr" (1981) və "Uzaqlarda" "Axtarma"(2015) filmlərini çəkmişdir.
Şərhlər (0)