Ədəb-ərkan (Adab-ı Muaşeret) (tərcümə)
Adab-ı Muaşeret, rejissorluğunu Emre Akay'ın öz üzərinə götürdüyü, ssenarisini Eser Yazıcı'nın qələmə aldığı, 2009-cu il mayın 15-də vizyona çıxan bir türk gənclik komediyasıdır.
Film 29 Şubat Lisesi'ndə keçir. Riyaziyyat müəllimi Nurettin Bəy'lə birlikdə daim məktəb və şəhər dəyişmək məcburiyyətində qalan oğlu Aykut bu rutindən bezmiş bir gəncdir; ancaq son köçmələri onun həyatında gözlənilməz bir səhifə açır. Yeni məktəbində iki rəqib şagird qrupu var: qaydalara və ədəb-ərkana önəm verən qızların yaratdığı, Zeynep'in liderliyindəki "Adab-ı Muaşeret" dəstəsi ilə üsyankar şagird Eko'nun başçılıq etdiyi "Mokokolar". İki qrup arasındakı əzəli rəqabət, il boyu davam edən əyləncəli çəkişmələrə səhnə olur.
İntizamın qalmadığı bu məktəbi qaydaya salmaq üçün vəzifəyə başlayan Nurettin Bəy'i çətin günlər gözləyir; ən böyük dəstəkçisi isə "Miss Piggy" ləqəbli ədəbiyyat müəllimi Fatma Xanım olur. Aktyor heyətində Tarık Ündüz, Yıldız Asyalı, Bora Akkaş, Salih Kalyon və Hasibe Eren yer alır.
| Rejissor | Emre Akay |
|---|---|
| Prodüser şirkəti | Yerli Film, Mars Production |
Reaksiyalar
Ən çoxu 3 reaksiya seçə bilərsiniz.


Şərhlər (0)