Yumurcak, körpüaltı uşaq (Yumurcak Köprüaltı Çocuğu) (tərcümə)
Yumurcak Köprüaltı Çocuğu, Türker İnanoğlunun quruluş verib prodüserliyini də üstləndiyi 1970-ci il tarixli rəngli Yeşilçam filmidir; komediya, dram və macəra janrlarını bir araya gətirir. Ssenarini Fuat Özlüer ilə Erdoğan Tünaş yazmış, filmi Erler Film istehsal etmişdir. Kiçik Yumurcak rolunda İlker İnanoğlu görünür; atası Nihatı Cüneyt Arkın, anası Selmanı Filiz Akın canlandırır. Filmin müddəti 84 dəqiqədir.
Məhəlləni nadinclikləri ilə bir-birinə qatan Yumurcak Karaköy ilə Eminönü arasında marşrut taksisi işlədən sürücü atası Nihat, anası Selma, bacısı Zeynep və itləri Çomarla xoşbəxt yaşayır. Nihat Havana Barın müğənnisi Ayseli barın ortaqlarından Bekirin sataşmasından xilas edəndə Aysel onu hər gecə özünü bara aparıb gətirməsi üçün tutur. Bardakı iki ortaq Tayfur ilə Bekir Aysel üzündən bir-birinə düşməndir; Tayfur Bekiri öldürür və cəsədin Nihatın avtomobilinin baqajında tapılmasını təmin edir. Nihat həbs olunur, ölüm cəzası tələb edilir; ardınca Selma yol qəzasında gözlərini itirir. Bu nöqtədən sonra Yumurcak dayanacaq yoldaşlarının, hakimin və komissarın dəstəyi ilə evi dolandırmağa, anasını əməliyyat etdirməyə və atasının günahsızlığını üzə çıxarmağa çalışır.
Dayanacağın sürücüləri filmə yumor qatır: Kadir Savunun Korna Mehmeti, Adnan Mersinlinin Stepne Recebi, Sami Hazinsesin Viraj Alisi və Necdet Tosunun Trafik Ahmeti. Süha Doğan Tayfuru, Nevin Nuray Ayseli, Behçet Nacar Bekiri, Nubar Terziyan komissarı oynayır; Hulusi Kentmen də heyətdədir. Operator Çetin Gürtopdur.
| Rejissor | Türker İnanoğlu |
|---|---|
| Prodüser şirkəti | Erler Film |
Reaksiyalar
Ən çoxu 3 reaksiya seçə bilərsiniz.












Şərhlər